Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında “Elfsborq”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Globalinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis təşkil olunan mətbuat konfransında bildirib:

“Hər iki komanda üçün vacib oyundur. Görünür ki, sabah bizə çox güc sərf etmək lazım olacaq. Avropa Liqasında 2024-cü il üçün sonuncu oyun olacaq. Rəqib komandanın baş məşqçisi Oskar Hilyemarkın “Qarabağ”la bağlı fikirləri ilə tanış oldum. Bizimlə oyuna çox ciddi hazırlaşırlar və səbirsizliklə bu matçı gözləyirlər. Xüsusi ilə səliqəli oyun nümayiş etdirməliyik. Çalışacağıq ki, bizə sərf edən nəticəni qazanaq. Sabahkı qarşılaşmaya tam olmasa da, hazırıq.

Üç xal qazanmaq gücündəyik. Sadəcə, futbol elə bir səviyyəyə gəlib ki, istənilən komanda istənilən rəqibdən üç xal ala bilir. Düşüncələrimiz tam həyata keçərsə, biz bu komandaya qalib gəlmək gücündəyik. Baxmayaraq ki, qarşımızda çox intimzalı kollektiv var.

Heyətlə bağlı müəyyən çatışmazlıqlarımız mövcuddur. Xüsusi ilə də müdafiə xəttində zədəli oyunçularımız var. Bəhlul Mustafazadə və Kevin Medina komandamıza kömək edə bilməyəcəklər. Medina oynamasa da, bizimlə İsveçə gəlib. Hətta, başqa oyunçularımızda da mikrozədələr var. Həmin futbolçuların meydana çıxıb-çıxa bilməyəcəklərini sabah bizə həkimlər deyəcək. Nəzərə alsaq ki, “Elfsborq”un meydanı suni ot örtüklüdür. Bu, oyunçuların zədəsini daha da ağırlaşdıra bilər”.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun “Elfsborq” – “Qarabağ” oyunu dekabrın 12-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq

Paylaş: