Neftçalada baş verən yol-nəqliyyat hadisəsində ər-arvad xəsarət alıb.
Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Xolqaraqaşlı kəndində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarındakı kollektora düşüb.
Qəza nəticəsində rayon sakinləri – 1988-ci il təvəllüdlü Haqverdiyev Tural Eldar oğlu və həyat yoldaşı Haqverdiyeva Leyla Əbülfəz qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatıdırlıblar.
Fakt araşdırılır.