Bakıda fəaliyyət göstərən İnci Şadlıq Sarayı təmirə bağlanıb.
Globalinfo.az bildirir ki, bu barədə Milli.Az-a şadlıq sarayından məlumat verilib.
Qeyd olunub ki, şadlıq sarayın aid olduğu MMC ilə bağlı müəyyən hüquqi prosedurlar icra olunub. Şadlıq sarayının bağlanmasından isə söhbət getmir.
“Şadlıq sarayında hazırda təmir işlər aparılır. Ən geci dekabrın 20-ə qədər təmir tam yekunlaşacaq, şadlıq sarayı daha gözəl görkəm alacaq. Təmirdən sonra restoran tam fəaliyyətə başlayacaq. Artıq Yeni İl proqaramı da hazırlanıb”, – deyə məlumatda qeyd olunub.
***10.12.2024 14:49
Bakıda fəaliyyət göstərən “İnci” Şadlıq Sarayı bağlanır.
Globalinfo.az milli.az-a istinadən xəbər verir ki, 2009-cu ildən fəaliyyət göstərən şadlıq sarayı elə həmin ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şadlıq sarayının qanuni təmsilçisi Orucov Cavid Nizami oğludur.