Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib.
Globalinfo.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin qərarı ilə A.Qasımlımın istintaqdan yayınma, yer dəyişdirmə ehtimalı nəzərə alınaraq, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, A.Qasımlı zor tətbiq etməklə hədə-qorxu gəlməkdə ittiham olunur. O, dekabrın 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.