Surxa 1611924350

Dekabrın 14-də Vətən Müharibəsi qəhrəmanı, şəhid kapitan Surxay Noçuyevin həyatından bəhs edən “Komutan” və “Son əmr” kitablarının təqdimat mərasimi keçirilib. Tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının binasında baş tutub.

Globalinfo.az xəbər verir ki, hər iki kitabın müəllifi yazıçı Ayaz İmranoğludur.

Tədbiri giriş sözü ilə Surxay Noçuyevin atası Əbdül Noçuyev açıb. O, iştirakçıları salamladıqdan sonra, Azərbaycanın dövlət himni səsləndirilib. Ardından Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bundan sonra Əbdül Noçuyev sözü tədbirin aparıcısı Əməkdar artist, qiraətçi, professor Ağalar Bayramova verib.

“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, Zəngilan rayonu ağsaqqalı Həsən Ələkbərov, şairə Zəhra Səfərəliqızı, qazi Azad Musayev, Yazıçılar Birliyinin Zəngilan şöbəsinin rəhbəri Mahir Cavadlı və qazi, “Qızıl qələm” mükafatçısı Qurban Göyçəli çıxış ediblər.

Çıxışçılar Surxay Noçuyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışdılar. Natiqlər bildirdilər ki, şəhidlərimiz öz canlarını fəda edərək,  Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

Həmçinin vurğulayıblar ki, Vətən üçün canını qurban vermiş bu insanlar əbədiyyən Azərbaycan tarixinin ən şərəfli səhifəsində qalacaqlar.

Tədbir sözləri Ə.Noçuyevə, musiqisi Mehriban Musayevaya aid olan “Şəhid Qəhrəman” adlı kliplə yekunlaşıb.

***

Surxay Noçuyev 19 dekbar 1988-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1995–2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada, 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) Quru Qoşunları fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə “leytenant” hərbi rütbəsi verilib.

“Kapitan” hərbi rütbəsinədək yüksəlib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə xüsusilə fərqlənib, şücaət və rəşadət nümunələri göstərərək Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə işturak edib.  Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və noyabr ayının 9-u Şuşa şəhəri ərazisində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci il tarixdə II Fəxri Xiyabanda dəfn olunub.

Sağlığında Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” medalları ilə təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ona “Vətən Müharibəsi Qəhrəmanı” (ölümündən sonra), “Vətən uğrunda” medalı (ölümündən sonra), “Qubadlının azad olunmasına görə” (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub.

İnformasiya dəstəyi: “Globalinfo.az

WhatsApp Image 2024 12 14 at 11.26.44 1 WhatsApp Image 2024 12 14 at 11.26.44 WhatsApp Image 2024 12 14 at 16.22.24

Şəhid Surxay Noçuyevin atası Əbdül Noçuyev

WhatsApp Image 2024 12 14 at 11.26.45 2 WhatsApp Image 2024 12 14 at 11.29.40 WhatsApp Image 2024 12 14 at 11.37.20 WhatsApp Image 2024 12 14 at 11.44.05 WhatsApp Image 2024 12 14 at 11.56.03 WhatsApp Image 2024 12 14 at 12.05.33 WhatsApp Image 2024 12 14 at 12.12.28 scaled WhatsApp Image 2024 12 14 at 12.22.27 scaled WhatsApp Image 2024 12 14 at 12.26.38 scaled WhatsApp Image 2024 12 14 at 12.27.59 scaled

“Komutan” və “Son əmr” kitablarının müəllifi Ayaz İmranoğlu

WhatsApp Image 2024 12 14 at 16.33.55 WhatsApp Image 2024 12 09 at 09.40.35

 

Paylaş: