futbol liqa 1

“Zirə”-“Kəpəz” matçı 2-2 hesabı ilə başa çatıb.

57-ci dəqiqədə “Kəpəz”in heyətində Elçin Əlicanov, 90+1-ci dəqiqədə isə Giorgi Kantariya qırmızı vərəqə alıb. 90+9-cu dəqiqədə Sertan Taşkın fərqlənib.

***15:58

Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Zirə”-“Kəpəz” matçında ilk hissə başa çatıb.

Globalinfo.az xəbər verir ki, gərgin keçən matçın 11-ci dəqiqəsində R.Sadıxov hesabı açıb.

18-ci dəqiqədə Coşqun Diniyev, 4 dəqiqə sonra isə Nemanya Ancelkoviç qırmızı vərəqə alaraq “Zirə”nı azlıqda qoyublar.

Say üstünlüyündən istifadə edən “Kəpəz” 25 və 41-ci dəqiqələrdə vurduğu qollarla hesabda 2-1 önə keçib. F.Nəbiyev və N.Süleymanov fərqlənib.

Paylaş: