Suriyada artıq yeni siyasi və diplomatik reallıq mövcuddur.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, ölkənin gələcəyinə artıq Suriya xalqının bütün mənsubları qərar verəcək.
Ərdoğan bölgədəki hadisələrin alovlanmasının heç kimə faydasının olmayacağını da vurğulayıb.
Türkiyə Prezidenti ölkəsinin milli təhlükəsizliyə qarşı atılan bütün addımların qarşısının alınacağını əlavə edərək, regional və beynəlxalq aktyorları Suriyanın ərazi bütövlüyü və milli birliyinə dəstək verməyə çağırıb.
“Türkiyə Suriyada sabitliyin təmin olunmasını istəyir. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Arzumuz qonşumuz Suriyanın 13 ildir həsrətində olduğu sülh və əmin-amanlığa nail olmasıdır”, – Ərdoğan bildirib.
O bildirib ki, Türkiyə dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır: “Türkiyə özü üçün nə istəyirsə, qonşular üçün də onu istəyir. Biz Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasının tərəfdarıyıq və bu ölkə sabitliyə layiqdir. Türkiyənin yeganə məqsədi Suriya xalqının azadlığıdır. Biz ilk gündən bəri bunun üçün çalışırıq”.
Türkiyə lideri əlavə edib ki, rəsmi Dəməşq Ankaranın köməyinə adekvat cavab verməyib.