peskov

“Rusiya Ukrayna ilə danışıqlarda vasitəçiliyi alqışlamağa hazırdır”. 

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Biz bu prosesdə bütün vasitəçilik səylərini dəstəkləməyə hazırıq”, – Peskov bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən həftə Astanada keçirilən mətbuat konfransında Ukrayna ilə danışıqlara hazır olduğunu təsdiqləyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: