472beb02 5521 3bd0 9ab1 e55915176e7a 850
Son günlər Gürcüstan daxilində gərgin vəziyyət davam edir.

Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qalib gəlməsindən sonra ölkə Prezidenti Salome Zurabişvili xalqı seçki nəticələrini tanımamağa, aksiyalara səsləyib. Nəticədə ölkədə etiraz aksiyaları davam edir.

Globalinfo.az bildirir ki, etiraz aksiyası fonunda meydanda maraqlı anlar da yaşanıb.

Belə ki, Tbilisi Opera və Balet Teatrının solistləri aksiya zamanı meydanda ifa ediblər.

Görüntüləri politoloq Şahin Cəfərli özünün Feysbuk hesabında paylaşıb.

Həmin videonu təqdim edirik:

Globalinfo.az

Paylaş: