Secretary Blinken

“Ukrayna Rusiyaya qarşı müharibədə iştirak etmək üçün 18-25 yaş arası gəncləri cəlb etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, uğurun açarı döyüş meydanında əsgərlərin, eləcə də silah və sursatın olmasındadır.

“Bu, çox çətin qərardır. Amma, gənclərin mübarizəyə cəlb olunmasının zəruriliyini dərk edirik. Hazırda Ukraynada döyüş meydanında 18-25 yaşlı gənclər mübarizə aparmır”, – deyə Blinken vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: