litva 0

Litva Xarici İşlər Nazirliyinin Şərq Qonşuluq Siyasəti Departamentinin attaşesi Dominika Dautarayte, bu ölkənin Ermənistandakı səfiri Andrius Pulokas və onun müşaviri Arvydas Nayukoyatis Avropa İttifaqının (Aİ) müşahidəçi missiyasının Ermənistandakı mənzil-qərargahında olublar.

Globalinfo.az xəbər verir ki, bu barədə müşahidə missiyasının X səhifəsində paylaşım edilib.

Aİ-nin Ermənistandakı müşahidə missiyasının işi və fəaliyyəti ilə bağlı qonaqlara məlumat verildiyi bildirilir.

 

Paylaş: