Türkiyə Superliqasında “Fənərbağça” lider “Qalatasaray”la arasındakı xal fərqini azaldıb.
Globalinfo.az xəbər verir ki, ölkə çempionatının XIV turunda doğma meydanda “Qaziantepspor”u qəbul edən “sarı lacıvərdlilər” 3:1 hesablı qələbə qazanıb.
Digər İstanbul təmsilçisi “Beşiktaş” isə səfərdə “Hatayspor”la heç-heçəyə razılaşıb – 1:1.
“Fənərbaxça” – “Qaziantep” – 3:1
Qollar: Aydın, 3 (1:0), Okereke, 41 (1:1), Rodriqo, 78 (2:1), Dzeko, 89 (3:1)
Qollar: Sağlam, 29 (1:0), İmmobile, 41 (1:1)
Turnir cədvəlinə 35 xalla “Qalatasaray” (13 oyun) başçılıq edir. “Fənərbaxça” (13) 32 xalla 2-ci, “Samsunspor” (14) 29 xalla 3-cüdür. “Beşiktaş” isə 22 xalla beşinci sırada qərarlaşıb.