blinken fidan

ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, tərəflər telefon danışığı zamanı Suriya, Qəzza, Ukrayna və Cənubi Qafqazı müzakirə ediblər.

Nazir Fidan ölkəsinin Türkiyə və Suriya vətəndaşlarına qarşı terror fəaliyyətinə əsla icazə verməyəcəyini bəyan edib.

O, Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hadisələrin inkişafının əleyhinə olduğunu və bu kontekstdə mövqeyini müdafiə etdiyini bildirib.

Nazir Fidan bildirib ki, İsrail Livanda atəşkəsin daimi olması üçün verdiyi vədlərə əməl etməlidir. O, Qəzzada ən qısa zamanda atəşkəsin yaradılmasının və bölgəyə humanitar yardımların çatdırılmasının vacibliyini bildirib.

Paylaş: