“Suriya bütün terrorçular və onların tərəfdarları qarşısında sabitliyini və ərazi bütövlüyünü qorumağa davam edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Suriya lideri Bəşər Əsəd deyib.
O bildirib ki, silahlı terrorçuların hücumlarının intensivliyindən asılı olmayaraq onlara layiqli cavab veriləcək.
“Müttəfiqlərimizin və dostlarımızın köməyi ilə terrorçuları məğlub etməyə və aradan qaldırmağa qadirik”, – Əsəd vurğulayıb.
Qeyd edək ki, bir qədər əvvəl B.Əsədə qarşı hərbi çevrilişə cəhdin başladığı haqda məlumat yayılıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az