Suriya üsyançı qüvvələri ölkənin ikinci ən böyük şəhəri Hələbin yarıdan çox hissəsini nəzarətə götürüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Suriyanın Müdafiə Nazirliyi Hələb hücumunda onlarla əsgərin həlak olduğunu bildirib.

O, əlavə edib ki, üsyançı qüvvələr şəhərə daxil olub, lakin onlar “möhkəm mövqelər yarada bilməyiblər” və əks-hücuma hazırlıq üçün əlavə qüvvələr gəlib.

***14:42

Suriya ordusu əks-hücum hazırlamaq üçün qoşunlarını Hələbdən çıxardığını açıqlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Suriya ordusu müxalifətçilərə qarşı əks-hücum hazırlamaq üçün qoşunların Hələbdən müvəqqəti çıxarılmasını elan edib.

Hərbçilər həmçinin əlavə edib ki, son bir neçə gün ərzində Hələb və İdlibdə müxalifətçilərlə şiddətli toqquşmalarda onlarla əsgər ölüb və yaralanıb.

Paylaş: