kamaz apa

Biləsuvar rayonunda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində baş verən qəzanın təfərrüatı məlum olub.

Globalinfo.az bizim.media-ya istinadən xəbər verir ki, hadisə Köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

İran İslam Respublikasının vətəndaşı Əsgər Balazadənin idarə etdiyi, Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Rasim Bayramovun idarə etdiyi betonqarışdıran yük maşınına çırpılıb. Toqquşmadan sonra yük maşını yol kənarında hərəkətsiz vəziyyətdə dayanan VAZ markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində bir sərnişin qolundan xəsarət alıb və rayon xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Naxçıvandan Bakıya gələn avtobus köhnə Ələt-Astara magistralında, Biləsuvar rayon ərazisində qəzaya uğrayıb.

“Baş vermiş yol-nəqliyyat hadisəsi üzündən 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Xəsarət alan şəxsə sol mil-bilək nahiyəsinin, sol saidin aşağı nahiyəsinin travması diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir”, – deyə məlumatda vurğulanıb.

***10:49

Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda qəzaya uğrayıb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə köhnə Ələt-Astara magistralında, Biləsuvar rayon ərazisində baş verib.

Naxçıvandan Bakıya gedən avtobus “Kamaz”la toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTO

Paylaş: