
Rusiyanın Kemerovo şəhərində fərdi yaşayış binasında yerləşən qocalar evində yanğın baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın nəticəsində 20 nəfər həlak olub, daha 6 nəfər isə yaralanıb.
Məlumata görə, taxta materialdan inşa edilən ikimərtəbəli bina demək olar ki, tamamilə yanıb.
İlkin məlumata görə, yanğına səbəb istilik sistemində yaranan nasazlıq olub.