Azərbaycan Xarici işlər Nazirliyi Ermənistan səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Azərbaycanla sərhədə gedərək Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşməsinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” platformasındakı paylaşımında bildirilib.
“Azərbaycanın rəsmi olaraq “strateji tərəfdaşı” olan ölkə prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik “binokl şousu”nda iştirak etməsindən çox təəssüflənirik”, – məlumatda vurğulanıb.
Bildirilib ki, Azərbaycan rəsmilərinin Polşanın Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə göndərdiyi çoxsaylı mesajlara baxmayaraq, Polşa tərəfi bu təxribatçı addımdan çəkinməyib:
“Azərbaycan bu qeyri-dost addıma qarşı müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır”.














