ABŞ Konqresi 2023-cü il üçün dövlət büdcəsini 1,7 trilyon dollar müəyyən edib.
Globalinfo.az xəbər verir ki, bunun 44,9 milyard dolları Ukraynaya yardım üçün nəzərdə tutulub.
***
ABŞ Prezidenti Co Bayden 2023-cü maliyyə ili üçün hərbi büdcəni təsdiq edib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, müvafiq sənəd Ağ Evin saytında yerləşdirilib.
Baydenin imzaladığı sənədə görə hərbi büdcə 858 milyard dollar müəyyən edilib. Bunun 800 milyon dolları Ukrayna üçün ayrılıb. Rusiyanın Avropada fəaliyyətini məhdudlaşdırmaq üçün 6 milyard dollar nəzərdə tutulur. Rusiya ilə hərbi əməkdaşlığa tətbiq edilən qadağa isə daha 5 il uzadılıb.