sergey nariskin 11

“Gürcüstan Qərbin ölkədə növbəti rəngli inqilab gerçəkləşdirmək cəhdi ilə üz-üzədir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

O, sözügedən planın baş tutmayacağına ümid etdiyini bildirib:

“Bu gün Tbilisi növbəti rəngli inqilabla üz-üzədir. Daha doğrusu, bu, dövlət çevrilişinə cəhddir. Ümid edirik ki, o əvvəl qərblilərin Belarus və Qazaxıstanda aranı qatmaq istədikləri kimi baş tutmayacaq”.

Narışkinin sözlərinə görə, Gürcüstan hökuməti artıq Qərbə oriyentasiyanın öldürücü olduğunu anlayır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: