bmcmi

Bakıda restoran və dönərxanalara yararsız, ölü at və mal əti satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əməliyyat keçirib. Tədbir zamanı Biləsuvar rayonunda qidaya yararsız, ölü  at və iri buynuzlu heyvan ətinin satışı ilə məşğul olan Zaur Rüstəmov tutulub.

Müəyyən edilib ki, həmin şəxs Biləsuvar və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində toplayıb və kəsimini həyata keçirib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Bakıda müxtəlif restoran, dönərxana və ictimai iaşə obyektlərinə satıb.

BMCMİ və AQTA mütəxəssisləri tərəfindən Zaur Rüstəmova məxsus fermaya və saxlama yerlərinə baxış keçirilərkən qidaya yararsız külli miqdarda mal və at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Ekspertizalarla ətin insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

31a886bf f60b 4fbb ae36 9a481fa6b2a3
7a69030f 28b0 4125 9e90 64fc4148b069
1a338794 7429 43d8 9e95 bad37741ec4c

Paylaş: