“Biz öz məqsədlərimizə çatana qədər təzyiqlərə boyun əyməyəcəyik və geri addım atmayacağıq”.
Globalinfo.az xəbər verir ki. bunu İsrailin Baş naziri Benyamin Netanyahu BCM tərəfindən həbsinə order verilməsini şərh edərkən deyib.
O bildirib ki, İsrail öz düşmənlərinin dirçəlməsinə və təhlükə yaratmasına razı olmayacaq.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantın həbsinə order verib.
Müşviq Tofiqoğlu
Globalinfo.az