Ermənistanın Baş naziri Nikol Paşinyanın Feysbuk hesabında yeni örtük fotosu müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, baş nazir ölkənin ən hündür zirvəsi adlandırdığı Araqats (Alagöz) dağını və Ermənistan xəritəsini paylaşıb.
Örtük fotosunda “Budur vətən, budur dövlət, budur çörək, budur dayandığımız yer”, – sözlərini qeyd edib.
Paşinyan əvvəlki çıxışlarında Ağrı dağının Türkiyə məxsus olduğunu deyib, Ermənistanın gerbindən çıxarılmalı olduğunu, bunun türklərə qarşı ərazi iddiası hesab edilə biləcəyini qeyd edib. Bu fikri dəstəkləyərək etdiyi paylaşım nəticəsində bir qədər əvvəl ermənilər sosial şəbəkələrdə ona etiraz olaraq Ağrı dağının görüntüsünü paylaşmağa başlayıblar.
Baş nazirin etirazlardan sonra yenidən Araqats dağı ilə bağlı paylaşım etməsi, hətta bu dəfə Ermənistan xəritəsini də nəzərə çatdırması xüsusi diqqət çəkib.
Ayşən Mustafa
Globalinfo.az