aslan bjaniya

Abxaziyada hökumət və müxalifət nümayəndələri “prezident” Aslan Bjaniyanın istefa verdiyini bildirən saziş imzalayıblar.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Bjaniyanın mətbuat xidmətindən məlumat verilib.

Ölkədə sabitliyi və konstitusiya quruluşunu qorumaq üçün Abxaziya Respublikası “konstitusiyasının” 65-ci maddəsinə uyğun olaraq, Abxaziya “prezidenti” vəzifəsindən istefa verirəm”, – məlumatda qeyd olunub.

Razılaşmaya əsasən, dövlət binalarının ərazisinə və kompleksinə toplaşan vətəndaşlar noyabrın 19-da dağılışmalıdırlar. Buna əməl edilmədiyi təqdirdə Bjaniya istefa ərizəsini geri götürəcək.

Qeyd edək ki, düməm yaydığı bəyanatda Aslan Bjaniya istefa verməyəcəyini açıqlamışdı.

Paylaş: