rusiya

“Rusiya ərazisinin dərinliklərinə zərbələrin endirilməsinə icazə vermək gərginliyin yeni mərhələsi deməkdir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Ukraynanın uzaqmənzilli raketlərlə Rusiya ərazisinə hücumuna icazə verməsi ilə bağlı məlumatlara münasibətdə deyib.

Peskov məsələ ilə bağlı Qərb mətbuatında hər hansı rəsmi məlumata rast gəlmədiyini bildirib:

“Əgər həqiqətən belə bir qərar verilib və Kiyevin diqqətinə çatdırılıbsa, bu, mövcud gərginliyin yeni raundu deməkdir. ABŞ-ın münaqişədə iştirakı baxımından yeni vəziyyətdir. Lakin məsələ ilə bağlı bizdə hər hansı rəsmi məlumat yoxdur. Rusiyanın mövzu ilə bağlı mövqeyi isə son dərəcə aydındır”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: