
“Abxaziyadakı siyasi böhranın güc yolu ilə həlli sabitliyin daha da pozulmasına, iqtisadi itkilərə və humanitar vəziyyətin pisləşməsinə gətirib çıxaracaq”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Abxaziyanın “prezidenti” Aslan Bjaniya deyib.
“Sülh yolu ilə həll isə əksinə, Abxaziyada sabitliyin bərpasına, investisiyaların cəlb edilməsinə və iqtisadi inkişafa şərait yaradacaq”, – deyə bildirib.
Safura Bənnayeva
Globalinfo.az