Avropa NATO daxilində daha dayanıqlı rola sahib olmalıdır.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “Vol Strit Jurnal”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Avropa ABŞ-dən asılılığını azaldıb, öz müdafiə qabiliyyətini inkişaf etdirməlidir. Makron Avropanın özünün strateji muxtariyyəti barədə düşünməli olduğunu bildirib.
O, Ukraynada qələbədən sonra Avropada yeni nizamın qurulacağını və bu yeni arxitekturada təhlükəsizlik zəmanətinin təkcə Ukrayna və Rusiyanı yox, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistanı da əhatə etməli olduğunu deyib.
Gülnar Səlimova
Globalinfo.az