Bayden: “Xanımım məni kosmosa göndərmək istəyir” – VİDEO

Bayden: "Xanımım məni kosmosa göndərmək istəyir" - VİDEO

ABŞ Prezidenti Co Bayden bəzən onu kosmosa göndərməklə hədələyən həyat yoldaşı Cil Baydenin təhdidlərindən danışıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, Peru Prezidenti Dina Boluarte ilə görüşündə bildirib.

“Hər dəfə həyat yoldaşım mənim əldən düşdüyümü düşünəndə deyir ki, ona (NASA rəhbəri Bill Nelsona – red.i) zəng edəcək və məni kosmosa göndərməsini istəyəcək”, – deyə Bayden bəhs edib.

Onun bu sözləri zaldakı iştirakçılar tərəfindən gülüşlə qarşılanıb.

O, həmçinin qeyd edib ki, NASA-nın bu ideyanı dəstəkləyəcəyindən ehtiyat edir.

Bayden eyni zamanda Cənubi Amerika ölkəsinin rəhbərinə ABŞ və Peru arasında kosmosun tədqiqi sahəsində əməkdaşlığa görə təşəkkür edib.