IMG 20241111 202845 271

COP29-un prezidenti Muxtar Babayev BMT Baş katibi Antonio Quterreşlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

M.Babayev Quterreşlə qlobal iqlim fəaliyyətini sürətləndirmək üçün liderlərin COP29-da qəbul etməli olduğu təxirəsalınmaz iqlim prioritetlərini müzakirə edib.

“Müzakirələrdə əsas diqqət iqlim maliyyələşdirməsinin artırılması, uyğunlaşma tədbirlərinin gücləndirilməsi və daha dayanıqlı gələcək üçün beynəlxalq əməkdaşlığın təşviqinə yönəldilib”, – paylaşımda deyilir.

Paylaş: