7088b6e45f8416035cf2394477caa4ed

“İran üçün ABŞ prezidentinin kim olmasının əhəmiyyəti yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani deyib.

O bildirib ki, bunun İran üçün heç bir xüsusi nəticəsi olmayacaq.

“Həm İran, həm də ABŞ əsaslı şəkildə dəyişməsi mümkün olmayan siyasət yürüdür. Odur ki, ABŞ-da keçirilən prezident seçkisinin nəticəsi İran xalqının həyat səviyyəsinə təsir göstərməyəcək. Buna görə də, İran üçün Ağ Evdə kimin hakimiyyətdə olmasının əhəmiyyəti yoxdur”, – deyə Mohacerani vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: