Rusiya ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməklə ittiham olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Corciya ştatının katibi Bred Reaffensperqer danışıb.
O qeyd edib ki, Rusiya mənşəli bir neçə təhdid təsbit edilib və bununla bağlı təhlükəsizlik tədbirləri görülür.
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) yaydığı məlumatda bildirilib ki, Rusiya bir sıra ştatlarda seçki mərkəzlərinə saxta bomba çağırışları edərək seçkilərə müdaxilə edir