1200x675 cmsv2 a623b6ca f65e 5f11 9209 4a7bb1bc5ab1 7731140

İsrailin paytaxtı Təl-Əvivdə Qalantın istefasına görə etirazlara başlayan insanlar əsas magistral yolu bağlayıblar və tonqal qalayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Məlumata görə, yolu bağlayan etirazçılarla sürücülər arasında toqquşma qeydə alınıb

Nəşr qeyd edir ki, yüzlərlə etirazçı Netanyahunun Qüdsdəki iqamətgahına gələrək erkən seçkilərin keçirilməsini tələb edir. Hayfada minlərlə etirazçı şəhərin mərkəzi küçələrindən birində hərəkəti bağlayıb. Eyni zamanda Netanya ərazisində də magistral yolda nəqliyyatın hərəkətini iflic ediblər.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: