nocomment 17d3df5f3535f5ff9e174ab313b8b6cf h9w7mz43a10vcktu5g8o 640x336 1

Ekoloji fəal Qreta Tunberq müxalifətin Tiflisdə keçirilən mitinqinə gəlib.

Globalinfo.az xəbər verir ki, parlamentin yaxınlığında keçirilən etiraz aksiyası artıq başa çatıb, lakin etirazçılar paytaxtın mərkəzi prospektləri ilə yürüşlərini davam etdirirlər.

Hətta isveçli ekoloji fəal Qreta Tunberq də müxalifətin aksiya keçirdiyi əraziyə gəlib.

“Azadlıq, ədalət və demokratiya kimi fundamental hüquqlarını müdafiə edən bütün fəallara və vətəndaşlara dəstəyimi və həmrəyliyimi ifadə etmək üçün buradayam”, – deyə Tunberq vurğulayıb.

Qeyd edək ki, müxalifət yeni parlament seçkilərinin təyin olunmasını tələb edir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: