1200x675 cmsv2 518aa89f da1a 5aa6 bd7d 35cd0b81c11f 8826352 1

İstanbulda Esenyurt rayonunun bələdiyyə sədri, müxalif Cümhuriyyət Xalq Partiyasının üzvü Əhməd Özer PKK ilə əlaqədə şübhəli bilinərək vəzifəsindən uzaqlaşdırılıb və həbs edilib.

Globalinfo.az xəbər verir ki,  onun terrorla mübarizə polisi tərəfindən saxlanıldığı bildirilir.

Bundan sonra müxalifət insanları küçələrə çıxmağa və etirazlara səsləyib.

Parlamentdəki kürd yönümlü partiyanın tərəfdarları bələdiyyə sədrinin həbsini müzakirə etmək üçün küçələrə çıxmağa çağırıb.

Hökumətin meriya qarşısında mitinqi qadağan etməsindən sonra nümayişçilər İstanbulun qərbində, Boğazın Avropa sahilində yerləşən Esenyurtda meydana toplaşıblar.

Qeyd edək ki, 64 yaşlı Əhməd Özer tanınmış sosioloq və keçmiş akademikdir. O, sol mərkəzçi Cümhuriyyət Xalq Partiyası ilə solçu kürd yönümlü DEM arasında qeyri-rəsmi ittifaq sayəsində Esenyurt bələdiyyə sədri seçilib.

“Anadolu”nun məlumatına görə, İstanbul Baş Prokurorluğu Özerin təxminən 700 PKK üzvü ilə əlaqə saxladığını müəyyən edib. İstintaq çərçivəsində onun evində, avtomobilində və bələdiyyədəki ofisində axtarış aparılıb.

Özer məhkəmədə bütün ittihamları rəsmən rədd edib: “Mənim heç bir təşkilatla əlaqəm yoxdur, qəti şəkildə ittihamları rədd edirəm”, – deyə Özer vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: