“Amerika əhalisi axmaqlar tərəfindən idarə olunan ölkə olmaqdan yorulub”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.
Tramp çıxışında Prezident Co Baydeni “axmaq əclaf” adlandırıb və onu ABŞ-ın inkişafına mane olmaqda ittiham edib:
“Siz axmaqlar ölkəsi olmaqdan yorulmusunuz. Biz axmaqların idarə etdiyi axmaqlar ölkəsinə çevrilmişik”.