Gürcüstanın müxalifəti növbəti dəfə etiraz aksiyası keçirəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə brifinqdə “Güclü Gürcüstan” koalisiyasının üzvü Anna Dolidze bildirib.
O bildirib ki, noyabrın 4-də Tiflisdə parlament binası yaxınlığında seçkilərin nəticələrinə yenidən etiraz ediləcək.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Müxalifətin saxtakarlıqda ittiham etməsinə baxmayaraq, Gürcüstanda keçirilən parlament seçkilərində ciddi pozuntuları göstərən faktlar yoxdur” deyib.
Xatırladaq ki, Gürcüstan parlamentinə keçirilən seçkilərdə hakim “Gürcü arzusu” partiyası qalib gəlib. Prezident Salome Zurabişvili səsvermənin nəticələrini tanımadığını deyib, əhalini etiraza səsləyib və seçkilərə qarşı mitinqdə iştirak edib.