Ciorcia Meloni buna görə ölümlə hədələnir

Ciorcia Meloni buna görə ölümlə hədələnir

İtaliyanın Baş naziri Ciorcia Meloni ölümlə hədələnib.

Globalinfo.az xəbər verir ki, baş nazir Albaniya ilə imzalanan miqrant razılaşmasına görə insan alverçiləri tərəfindən təhdid edilib.

Ciorcia Meloni bu təhdidlərə baxmayaraq İtaliya hökumətinin Albaniya ilə razılaşmaya sadiq qaldığını bildirib.

Ciorcia Meloni hökumətin məqsədinin Albaniyadakı miqrant mərkəzlərinin beynəlxalq hüquqa hörmət edən şəkildə fəaliyyət göstərməsi olduğunu bildirib. O, həmin mərkəzlərin onu ölümlə hədələyən insan alverçiləri üçün ciddi problemlər yaradacağı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, keçən ilin noyabrında İtaliya və Albaniya arasında imzalanan razılaşmaya əsasən, Şenqjin və Qjader şəhərlərində iki miqrant qəbulu mərkəzi tikilib.