ehmed qarabag

Medianın İnkişafı Agentliyinin rəhbərliyi “Qarabağ” klubunun qonağı olub.

Globalinfo.az xəbər verir ki, görüşdə agentliyin İcraçı direktoru Əhməd İsmayılov, Ağdam təmsilçisinin baş direktoru Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev iştirak ediblər.

Görüş zamanı “Qarabağ”ın kommunikasiya üzrə fəaliyyətinin effektivliyinin artırılması müzakirə olunub, bu sahədə Medianın İnkişafı Agentliyi ilə qarşılıqlı əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Sonda Ə.İsmayılova komandanın forması təqdim olunub.

1730379251 1730376446 465149222 1101879607973739 7682562562205379488 n

Paylaş: