“Ermənistana sabit Gürcüstan lazımdır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.
O bildirib ki, hələlik Gürcüstanda hər şey sülh yolu ilə gedir. Lakin bu, o demək deyil ki, hər şey belə bitəcək.
“Müxalifətin Ermənistanda olduğu kimi Qərbdən daha çox resurs alması mümkündür. Bu, çox uzun müddət davam edə bilər. Amma təəssüf ki, bunun daxili qeyri-sabitliyə, hətta Gürcüstanda artıq baş vermiş vətəndaş müharibəsinə gətirib çıxarma riski var. Eyni zamanda, bizə sabit Gürcüstan lazımdır. Tramp ABŞ prezidenti seçilərsə, Ukraynada müharibəni dayandırmağa cəhd göstərəcək. Baxmayaraq ki, ona bun etməyə icazə verilib-verilməyəcəyi böyük sual altındadır. Ola bilər ki, Gürcüstan müxalifətinə siqnal göndərilsin və kömək göndərilməyəcəyi vurğulansın. Bu zaman müxalifət hakimiyyətlə hansısa razılığa gələcək”, – deyə Xaçikyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az