“Gürcüstan müxalifəti təkrar seçkilərin keçirilməsini tələb edir”.
Globalinfo.az xəbər verir ki, bunu “Birlik-Milli Hərəkat” partiyasının liderlərindən biri Giorgi Vaşadze Gürcüstan parlamenti yaxınlığında keçirilən mitinqdə deyib.
“Müxalifət beynəlxalq administrasiya tərəfindən təşkil ediləcək təkrar seçkilərin keçirilməsini tələb edir”, – deyə Vaşadze bildirib.
O, mandatlardan imtinadan və siyahıların ləğvindən danışıb. Eyni zamanda, heç bir danışıqlara girmək və ya dialoq aparmaq niyyətində olmadıqlarını deyib.
“Biz bu seçkiləri qeyri-legitim kimi tanıyırıq. İkincisi, biz nəinki bu parlamentə daxil olmaq fikrində deyilik, həm də bütün mandatlardan imtina edirik və siyahıları bağlayırıq. Üçüncüsü, biz qələbəyə qədər vuruşacağıq və söz verirəm ki, birlikdə qalib gələcəyik. Dördüncüsü, bizim çox konkret xahişimiz var ki, seçkilər yenidən keçirilsin, lakin onlar beynəlxalq seçki administrasiyası tərəfindən təşkil edilsin”, – Vaşadze vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az