1724748095 1660465677 63b4f297667ce950329fff5855d68c04

“Qərb Gürcüstandakı seçkilərə və “Gürcü Arzusu”nun qələbəsinə kəskin reaksiya vermədi”.

Globalinfo.az xəbər verir ki, bunu gürcü alimi Hasmik Meliksetyan deyib.

“Seçkiqabağı mərhələdəki ziddiyyətlər həm seçki günü, həm də bir gün əvvəl daha da qızışdı, “Gürcü Arzusu”nun Qərbə qarşı ritorikası yumşaldı. Qərblə əməkdaşlığın onlar üçün prioritet olduğu barədə bəyanatlar da var idi. Qərbin bəyanatları isə daha sakit idi, heç bir ittiham olmadı”, – Meliksetyan bildirib.

Onun sözlərinə görə, “Gürcü arzusu” Rusiya ilə münasibətlərin normallaşmasının tərəfdarıdır.

“Rusiya həmişə Gürcüstanın üç ən böyük iqtisadi tərəfdaşından biri olub. Bu, indi də belədir. Gürcüstanın iqtidarı və müxalifəti Avropaya və Qərbə demək olar ki, eyni münasibət bəsləyir. Lakin onlar bunu müxtəlif yollarla göstərirlər. Fikrimcə, Avropa ilə iş demək olar ki, eyni ruhda davam edəcək. Təbii ki, dəyişikliklər üçün imkanlar olacaq, çünki ziddiyyətlərin bu qədər tez unudulması mümkün deyil. Gürcüstan Aİ və ümumilikdə Qərb fiqurları üçün çox da məqbul olmayan qanunlar qəbul edib. Gürcüstanda daxili siyasi problemlər yaranarsa, Tiflisin Ermənistan və ya digər tərəfdaşlarla mövcud münasibətləri dərinləşdirməyə sadəcə vaxtı olmayacaq”, – deyə ekspert vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: