“Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifətlə birgə ölkədə iğtişaşların təşkilində iştirak edir”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Siz görürsünüz, xanım Salome müxalifətlə birgə birbaşa ölkədə iğtişaşların yaradılması ssenarisində iştirak edir”, – o bildirib.
Qeyd edək ki, Gürcüstan prezidenti dünən parlament seçkilərini tanımadığını elan edib. O hər kəsi parlament qarşısında etiraza çağırıb.
Gürcüstan parlamentinə keçirilən iclasda Gürcü Arzusu 89 mandat qazanıb. Bu hakim partiyaya prezidenti istefaya göndərməyə imkan verir.
Əliyar Xəlil
Globalinfo.az