Josep Borrell

 “Gürcüstana səfər edən Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını (Aİ) təmsil etmir”.

Globalinfo.az xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel deyib.

“Macarıstanın hökumət başçısı Gürcüstan hökumətini dəstəkləmək üçün o ölkəyə gedir. Orbanın səfər zamanı nə deməsindən asılı olmayaraq, o, Aİ-ni təmsil etmir”, – Borel bildirib.
Qeyd edək ki, V.Orbanın Gürcüstanda keçirilən parlament seçkilərindən sonra bu gün Tbilisiyə səfəri gözlənilir.

Paylaş: