
Boliviyanın keçmiş prezidenti Evo Morales avtomobili ilə hərəkətdə olan zaman silahlı hücuma məruz qalıb.
Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, sabiq prezidentin avtomobilinə 14 dəfə atəş açılıb.
Sui-qəsd nəticəsində sürücü başından yaralanıb. Evo Morales isə xəsarət almayıb.
Qeyd edək ki, E.Morales 2006-2019-cu illərdə Boliviyaya rəhbərlik edib.
Boliviyaya hazırda hakim Sosialist Partiyasına Moralesin partiya yoldaşı Luis Arse rəhbərlik edir.
İki həftədir ki, keçmiş prezidentin tərəfdarlarının etirazları davam edir.
Globalinfo.az