671d191225663671d1912256641729960210671d191225661671d191225662

Rusiyanın Kirov vilayətində göyərtəsində 4 nəfərin olduğu Mi-2 helikopteri sərt eniş edib və nəticədə 3 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mi-2 vertolyotu Kirov rayonuna sərt eniş edib, axtarış işləri aparılır. Hazırda xilasedicilər 3 nəfərin cəsədini tapıblar”, – deyə mətbuat xidməti bildirib.

Qəzaya uğrayan helikopter Səhiyyə Nazirliyinə məxsus olub və göyərtəsində bir pilot, bir həkim və iki tibb işçisi olub.

Paylaş: