peyk

ABŞ Kosmik Qüvvələri 2025-ci ildə Rusiya və Çin peyklərinin işinə mane olmaq üçün silahlar alacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Münaqişənin ilk mərhələlərində Çin və Rusiya peyklərini yatırmaq üçün hazırlanmış silahların texniki çatışmazlıqları aradan qaldırılıb və gələn il təhvil veriləcəyi gözlənilir”, – məlumatda deyilir.

“Meadowlands” adlanan sistem “L3Harris” tərəfindən hazırlanıb. Yeni kompleks 2020-ci ildən istismarda olan “Counter Communications System” müdaxilə generatorunun yüngül versiyasıdır.

Ümumilikdə ABŞ ordusu 32 “Meadowlands” kompleksi əldə etmək niyyətindədir.

Paylaş: