Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan COP29-da iştirak üçün şəxsən rəsmi dəvət alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
İrəvanın yaxın günlərdə COP29-da iştirakla bağlı qərarını açıqlayacağı deyilir.
İddialara görə, Ararat Mirzoyan COP29-da iştirak məsələsini özü də istisna etmir.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın da sammitdə iştirak üçün rəsmi dəvət aldığı bildirilir.
Ayşən Mustafa
Globalinfo.az