Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 24-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən Globalinfo.az-a verilən xəbərə görə, Əli Əsədov Ankara şəhərində yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.