TUSAŞ-da baş verən terror aktı nəticəsində 5 nəfər həyatını itirib.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.
O bildirib ki, terror nəticəsində 22 nəfər yaralanıb.
*** 19:05
Türkiyədə baş verən terror aktı ilə əlaqədar ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Globalinfo.az xəbər verir ki, məlumatda qardaş ölkənin 4 şəhid verdiyi açıqlanıb.
Eyni zamanda terror hücumu nəticəsində 14 yaralının olduğu bildirilir.
Daxili İşlər Nazirliyi iki terrorçunun məhv edildiyi haqda məlumat yayıb.
Bu arada TUSAŞ-a hücumdan sonra əraziyə xüsusi təyinatlıların cəlb edildiyi haqda məlumatlar var.
Türkiyə mətbuatının yazdığına görə, artıq digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar başlayıb.
Hərbçilərin əraziyə helikopterlə gəldiyini əks etdirən kadrlar da yayılıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














