5244647701621106647

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aerokosmik Sənayesinin (TUSAŞ) qarşısında atışma davam edir.

Globalinfo.az bildirir ki, içəridə girovların olduğu bildirilir.

***17:18

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya TUŞAS-da baş verən partlayışın terror hücumu olduğunu açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, o, bu barədə X platformasında məlumat yayıb.

Nazir hücum nəticəsində şəhid və yaralıların olduğunu bildirib.

***

Türk Aerokosmik Sənayesinin (TUŞAS) Ankaradakı baş qərargahının qarşısında partlayış olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Mərkəzin qarşısında silah səsləri eşidildiyi bildirilir. Məlumata görə, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, işçilər sığınacaqlara yerləşdirilir.

Hadisə yerinə təhlükəsizlik orqanlarının işçiləri cəlb olunub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: